CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özünü çək, film çəkmə - Bakıda "olar" və "olmaz"lar

Təsəvvür edin ki, ”Torqovı" deyilən ərazidə bir teleserialın 1 dəqiqəlik epizodunun çəkilməsinə bəzən 6-7 saat sərf olunur
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Bakıda müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla,  paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Xəstə və yetim uşaqları yoluxan tələbələr şokda: Baş həkim isə gizli çəkilişdən qəzəblənib

O, qeyd edib ki,  xüsusi mühafizə olunan obyektlər, yerlər istisna olmaqla  digər yerlərdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Bu barədə ərazi üzrə polislər də təlimatlandırılıblar. Şəhərin gediş-gəliş, turist axını çox olan və insanların istirahət etdiyi yerlərdə icra hakimiyyətinin müvafiq icazəsi olmadan kütləvi çəkilişlərin, video-reportajların aparılması, sorğuların keçilməsi məqsədəuyğun hesab edilmir”.

Elşad Hacıyevin sözlərinə görə, bu işin səmərəli təşkili üçün Mətbuat Şurası və Bakı şəhəri Baş Polis İdarəsi birgə monitorinq qrupu yaradıb: “Bu qrupun yaradılmasında məqsəd jurnalistlərin peşə fəaliyyətinin səmərəli işini həyata keçirməkdir. Son günlərdə məlum olayla bağlı cəmiyyətdə bir çaşqınlıq yarandı ki, şəhərdə çəkilişlərə qadağa var. Lakin bir daha qeyd etdiyim kimi, burada yalnız kütləvi çəkilişlərdən söhbət gedir. İstirahət yerlərində, obyektlərində hər kəs maraqlı deyil ki, onun olduğu yer video-fotoların obyektinə düşsün. Ona görə də bu məsələdə daha çox toplumun marağı nəzərə alınıb.

Polislərdən ittihamlara cavab - "Torqovı"da nələr oldu - VİDEO>>

Amma kimsə öz üzərində gəzdirdiyi mobil telefonla fərdi məsələlərlə bağlı çəkiliş apararsa, heç bir məhdudiyyətdən söhbət gedə bilməz".

Polis mayoru onu da vurğuladı ki, paytaxtda hansısa videoreportaj, sorğular, serial və ya film, sosial çarxlar çəkilməzdən öncə müvafiq orqanların icazəsi alınmalıdır:

“Məsələn, icazə alınmadan Bulvar ərazisində videoreportaj və ya sorğu aparılarsa, bu zaman oradakı insanların istirahətinə mane olmuş olarıq. Bu məsələdə polisi hədəfləmək doğru deyil. Polis qanunvericilik şəraitində fəaliyyət göstərən orqandır. Onun əsas fəaliyyət istiqaməti ictimai qaydanın, təhlükəsizliyin təmin olunmasına yönəlib.

Yəni bütövlükdə cəmiyyətdə hadisələrə,  faktlara baxanda kompleks yanaşma tələb olunmalıdır. Bəzən bir sıra mətbuat orqanları bu cür həssas məsələlərə diqqət etmir. Hər gün ictimai yerlərdə sosial çarxların, serialların, filmlərin çəkilməsi ilə bağlı polisə müraciətlər daxil olur. Polis müraciət olunan çəkilişlərin həmin ərazidə aparılması üçün müvafiq razılıq verməlidir. Çünki o ərazidə ictimai qaydanın təmin olunması, digər insanların rahatlığının təmin olunması şəraiti müəyyən edilir. Məsələn, tutaq ki, günün hansı saatlarında həmin yerdə çəkiliş aparmaq olar.

Balacaların əyləncə vasitələri nə dərəcədə etibarlıdır? - Bulvarda SON DURUM
 Təsəvvür edin ki, ”Torqovı" deyilən ərazidə bir teleserialın 1 dəqiqəlik epizodunun çəkilməsinə bəzən 6-7 saat sərf olunur. Biz bu saat ərzində yolları bağlasaq ki, burada çəkiliş gedir, buraya yaxınlaşmaq olmaz, sizcə, cəmiyyətin, turistlərin buna münasibəti necə olar? Bəlkə də bizdən çox maraqlı olan yoxdur ki, çəkilişlər aparılsın, polisin fəaliyyəti görünsün. Bakı şəhəri dünyanın təhlükəsiz  paytaxtlarından biri hesab olunur. Bunu beynəlxalq təşkilatlar da, Avropa Birliyi də, ölkəmizə gələn turistlər də təsdiq edirlər. Beləliklə, cəmiyyətə, jurnalist təşkilatlarına tövsiyə edirik ki, müəyyən mənada söz azadlığından, hüquqlarından danışanda müəyyən qaydada vəzifələrini də nəzərə alsınlar. Qanunvericiliyimiz bildirir ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var və bu vəzifələrə xidmət, əməl etmək cəmiyyət üçün faydalı ola bilər".