CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gənc qız özünü altıncı mərtəbədən atıb

Qız ətrafdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb
Sputnik

BAKI, 3 avqust — Sputnik. Bakının Xətai rayonunda intihar hadisəsi olub.

Bakıda intihar etmək istəyəni yerə endirdilər

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə metronun "Xətai" stansiyası yaxınlığında, Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Əliyeva Tamara Vaqif qızı özünü 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atıb. O, ağır xəsarətlər alıb və ətrafdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.