CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı - xeyli yaralı var

Qəzaya düşən Azərbaycan vətəndaşları hadisənin baş verdiyi Avanos ərazi hüquq-mühafizə orqanları tərəfindən dindiriliblər
Sputnik

BAKI, 3 avqust — Sputnik. Türkiyənin Nevşehir vilayətində içərisində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

Bakıda avtobus qəza törətdi, ölən və yaralanan var

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan Kappadokiya bölgəsinə səyahətə gedən azərbaycanlı turistləri aparan avtobus səhər saatlarında qəzaya uğrayıb. Məlumata görə, avtobusda 18 nəfər olub.

Qəza zamanı 14 nəfər yüngül xəsarət alıb. Dörd nəfər isə qəzadan xətasız-bəlasız sovuşub. Xəsarət alanlar Nevşehir Dövlət Xəstəxanasında müalicə olunurlar.

Qəzaya düşən Azərbaycan vətəndaşları hadisənin baş verdiyi Avanos ərazi hüquq-mühafizə orqanları tərəfindən dindiriliblər.