İDMAN

UEFA tarixində bir ilk həyata keçəcək

İstanbulun Vodafone Park stadionunda oynanılacaq Liverpul - Çelsi oyununu idarə edəcək qadın hakim Fransa birinci divizionunu təmsil edir
Sputnik

BAKI, 2 avqust — Sputnik. UEFA tarixində ilk dəfə Superkubok oyunu qadın hakimə tapşırılıb.

Sputnik Türkiyə xəbər verir ki, 14 avqustda İstanbulda oynanılacaq UEFA Superkubok finalı fransalı qadın hakim Stefani Frappara həvalə edilib. Verilmiş qərar UEFA tarixində bir ilkdir. İstanbulun Vodafone Park stadionunda oynanılacaq Liverpul - Çelsi oyununun idarə edəcək qadın hakim Fransa birinci divizionunu təmsil edir. Frappar bu oyunda Fransadan Manuela Nicolosi, İrlandiyadan Michelle O'Neal yardım edəcək. Oyunun 4-cü hakimi isə Türkiyənin tanınmış hakimi Cüneyt Çakır olacaq.

Qeyd edək ki, Stefani Frapparın 35 yaşı var. O, 2009-cu ildən FİFA hakimi kimi qeydə alınıb.