İDMAN

Ekspert “Neftçi”nin Avropa Liqasındakı şanslarından danışır

Azerisport.com saytının direktoru Vüqar Zeynalov deyir ki, “Neftçi”nin İsrailin “Bney Yehuda”sı ilə oyununun necə olacağını dəqiq demək olmaz
Sputnik

“Neftçi” komandası Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb. Bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub.

Azerisport.com saytının direktoru Vüqar Zeynalov Sputnik Azərbaycan-a deyir ki, ardıcıl 4 oyunda qol buraxmadan qazılan qələbələr “Neftçi” tarixində ilk dəfə baş verir: ““Neftçi” futbolçuları gözəl oyun sərgiləyir. Ancaq müəyyən səhvlərin olduğunu da danmaq olmaz. Komandamızın növbəti rəqibi əvvəlkilərlə müqayisədə daha güclüdür. “Neftçi”nin  İsrailin “Bney Yehuda”sı ilə oyununun necə olacağını dəqiq demək olmaz. Bizim komandaların İsrail klubları ilə oyunları alınmır. Bununla belə, “Neftçi”nin qrup mərhələsinə keçmək üçün şansı var. Komandanın yaxşı oyunçuları var və məşqçi heyəti nə etmək lazım olduğunu yaxşı bilir”.

Vüqar Zeynalov geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz