Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi bir qədər əvvəl R.Rüstəmov küçəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmaya başlayıb.
Sputnik Azərbaycana-a bununla bağlı məlumat verən bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel "markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:
"Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 dövlət qeydiyyat nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur. Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır".