BAKI, 1 avqust — Sputnik. Bu gün “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən Azərbaycan dövlət himninin fərqli təqdimatı ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə imza atdığı "Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsini ictimaiyyətin müzakirəsinə verib.
Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək, 100 ildən artıq yaşı olan Azərbaycan dövlət himnini işarət dilində ifa edib.
Belə bir layihənin icra olunmasında məqsəd isə eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bu günədək dövlət himninin mahiyyətini tam olaraq anlamamaları göstərilib.
Qeyd edək ki, 15 gəncin işarət dili ilə ifasında nümayiş olunan videoçarx auditoriya tərəfindən də maraqla qarşılanıb.