SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Dünyada militarizm güclənə bilər”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, razılaşmanın baş tutmaması dünya ölkələri üçün təhlükəlidir
Sputnik

ABŞ Orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair Müqavilədən rəsmi olaraq avqustun 2-də çıxacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu müqavilənin davam etməsi bütün dünya üçün əhəmiyyətlidir: “Bu razılaşmanın baş tutmaması dünya ölkələri üçün təhlükəlidir. Bu müqavilədə hər iki tərəf üçün düşündürücü məqamlar var. Moskva və Vaşinqton məsələni götür-qoy etməklə məşğuldur. Müqavilənin vaxtının uzadılmaması ilə dünyada militarizm güclənə bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz