BAKI, 29 iyul — Sputnik. Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda federasiyanın "Facebook"dakı rəsmi səhifəsində məlumat verilib. Yürüşlə əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.
Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.
Qeyd edək ki, nəzərdə tutulan klassik avtomobillərin yürüşü sayca 6-cı dəfə keçiriləcək.