Xanzadə Rusiyada - şimal və cənub qonşularımız vacib sənəd imzalayacaqlar

İranlı kontr-admiralı rusiyalı həmkarları dəvət ediblər
Sputnik

BAKI, 28 iyul — Sputnik. İranın Hərbi Dəniz Qüvvələrinin başçısı kontr-admiral Hüseyn Xanzadə şənbə günü axşam Sankt-Peterburqa gedib.

İranın Lənkəran yaxınlığında batan gəmisinin heyətini DSX necə xilas etdi

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, iranlı rəsminin səfəri üç gün çəkəcək. O, rusiyalı həmkarları ilə hərbi-dəniz əməkdaşlığının inkişaf məsələlərini müzakirə edəcək.

Xanzadə IRNA agentliyinə müsahibəsində bildirib ki, Rusiyaya bu ölkədən olan həmkarkarının dəvəti ilə gəlib. Həmçinin əlavə edib ki, Rusiya tərəfi ilə hərbi-dəniz razılaşmasının imzalanmasını gözləyir.

"İran Qərbi Asiyanın mərkəzində əzəmətli bir dövlət kimi, müxtəlif sahələrdə regional və qlobal təsirlərə malikdir, sözsüz ki, bu iki dövlətin (İran və Rusiyanın - red.) əməkdaşlığı və qarşılıqlı münasibətləri dənizdə kollektiv təhlükəsizlik üçün böyük nailiyyət ola bilər", - Xanzadə qeyd edib.

Həmçinin bildirilir ki, İran HDQ başçısı bazar günü Rusiyada Hərbi Dəniz Donanması günü münasibətilə keçiriləcək tədbirə də qatılıb. 

Rusiyada Hərbi Dəniz Donanması günü bu il iyulun 28-nə təsadüf edir.

Rusiya və Ukrayna arasında tanker insidentinin təfərrüatları
 Sankt-Peterburq və Kronştadtda hazırda əsas hərbi-dəniz paradı keçirilir: aralarında yeni layihə üzrə hazırlanmış vasitələrin olduğu 43 gəmi və kater təntənəli nümayişə düzülüb. Peterburqdakı tədbirə Rusiya Prezidenti Vladimir Putin də qatılıb. Kremlin mətbuat xidmətindən bildirilb ki, Putin katerlə Kronştadt reydində gəmilərin parad xəttini keçərək Neva çayında əsas hərbi-dəniz paradını qəbul edir.

Hər il Rusiyada Hərbi Dəniz Donanması gününə gələn əcnəbi qonaqların sayı artır. Builki tədbirdə 26 ölkənin hərbi nümayəndə heyəti iştirak edir. Onlar arasında Hindistan və Çinin təmsilçiləri də var.