Trampdan bəyanat: “Türkiyəni günahlandırmıram”

Ağ Ev rəhbəri Türkiyəni günahlandırmamaq üçün səbəblərin çox olduğunu deyir
Sputnik

BAKI, 27 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan "S-400" alması ilə bağlı açıqlama verib.

"S-400" razılaşmasında birinci mərhələ bitdi

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, açıqlamasında Türkiyəni Rusiyadan "S-400" raket sistemi aldığı üçün təqsirləndirmədiyini deyib. Ağ Ev rəhbəri Türkiyəni günahlandırmamaq üçün səbəblərin çox olduğunu da vurğulayıb. O, Türkiyə və ABŞ arasındakı son durumu isə “çətin bir vəziyyət” adlandırıb.

Xatırladaq ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksləri alandan sonra iki ölkə arasında vəziyyət son dərəcə gərginləşib. Rəsmi Vaşinqton dəfələrlə Türkiyəni Rusiya silahını almaq fikrindən daşındırmaq istəsə də, Ankara müqavilənin şərtlərini pozmayacağını bəyan edib. Bundan sonra ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Ankara həmçinin "F-35" təyyarələrinin istehsal edilməsi və alınması proqramından da uzaqlaşdırılıb.

Qeyd edək ki, artıq "S-400" komplekslərinin ilk hissəsi Türkiyəyə göndərilib.