CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leyla Əliyeva: “Jara” insanlara sevinc bəxş edir

Leyla Əliyeva “Jara” beynəlxalq musiqi festivalı barədə fikirlərini bölüşüb
Sputnik

BAKI, 26 iyul – Sputnik. “Jara” beynəlxalq musiqi festivalı insanlara sevinc və xoşbəxt anlar yaşadır. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

“Mən həmişə onun tərəfdarı olmuşam ki, insanlar həyata sevinsinlər və həzz alsınlar. Bu festival isə belə imkan yaradır. Ən əsası hamı xoşbəxt və sevinclidir. Bu qədər qonağın Bakıya vurulması çox xoşdur. Mən bütün çıxışlara qulaq asacağam” – deyə Leyla Əliyeva bildirib.

"Jara-2019" festivalı iyul ayının 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Festivalın bugünkü açılış mərasimində Filipp Kirkorov, Olqa Buzova, Emin Ağalarov, Monatik və digər müğənnilər çıxış edəcəklər. İyulun 26-da "Lyube" qrupunun yaradılmasının 30-cu ildönümünə həsr olunan yaradıcılıq gecəsi başlayacaq. Gecədə “İvanuşki International”, "Fabrika" və "Qorod 312" qrupları iştirak edəcəklər. Burada Kirkorov, Alyona Apina, Nataşa Koroleva, Miti Fomina, "Otpetıye moşenniki", "Na-na" və digərlərinin çıxışı gözlənilir.

"Jara-2019" ulduz sayına görə bütün rekordları qırıb

İyulun 27-də Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi olacaq. İyulun 28-də festivalın bağlanışında isə Cah Xalib, Lyoşa Svik, Tima Belorusski və "Black Star" leyblının artistləri çıxış edəcəklər.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.