CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağını düşünmədi, kəndirə əl atdı

Psixoloji durumunun yaxşı olmadığı deyilən ata o biri dünyanı seçdi
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Bu gün səhər saatlarında  Şabran rayonunda intihar hadisəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Dəvəçikənd sakini, 1974-cü il təvəllüdlü İbadov Müşviq Novruz oğlu yaşadığı evin qarşısındakı ağacdan özünü asıb.

İlkin ehtimala görə, onun intiharına səbəb kimi spirtli içki aludəçisi olması göstərilir. Həmçinin psixoloji durumunun yaxşı olmadığı da qeyd edilir. İbadov Müşviqin bir övladı qalıb.

Hadisə ilə bağlı Şabran Rayon Prakrorluğunda araşdırma aparılır.