CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur müğənnini "Jara"dan təcili yardım maşını apardı

Müğənni "Jara" festivalında həmkarının yaradıcılıq gecəsinin başlanmasından az əvvəl ayağını zədələyib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Rusiyanın əməkdar artisti Anita Tsoyu Bakıda keçirilən "Jara" festivalından təcili yardım maşını ilə aparıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, populyar  müğənni həmkarı Qriqori Lepsin yaradıcılıq gecəsində səhnəyə çıxmağa hazırlaşan zaman xəsarət alıb. Səhnə arxasında bildiriblər ki, Tsoy yıxılaraq ayağını zədələyib.

Məşhur müğənnini "Jara"dan təcili yardım maşını apardı
Dərhal müğənni üçün təcili tibbi yardım maşını çağırılıb. Tsoyun ayağını sarıyandan sonra xərəkdə avtomobilə çatdıraraq aparıblar. 

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.