Ərbil terrorunu planlaşdıranlar vuruldular

Qurumlar ayrı-ayrılıqda iki əməliyyat keçirib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) və Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları Türkiyənin Ərbil Baş Konsulluğunda işləyən şəxsin ölümü ilə nəticələnən hücuma cavab olaraq ayrı-ayrılıqda iki əməliyyat keçirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Ərbildə terror qurbanlarının sayı artdı

Belə ki, ilk əməliyyat adıçəkilən hücumun sabahkı günü, iyulun 18-də həyata keçirilib.

Saxlanılan şəxslərin ifadəsi əsasında aparılan kəşfiyyat işləri çərçivəsində "PKK idarəçisi" olduğu bildirilən bir şəxs öldürülüb.

Daha bir əməliyyat isə ötən gün həyata keçirilib. Nəticədə daha bir PKK üzvü öldürülüb. Əməliyyatın havadan və ya qurudan həyata keçirildiyi bilinmir.

Xatırladaq ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana təşkil olunmuş silahlı hücum nəticəsində Türkiyənin Baş konsulluğunun bir əməkdaşı həlak olub.