CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda öz əsgərini öldürən hərbçi tutuldu

Əsgərin giziri öldürmək cəhdi boşa çıxıb, intiqam gecikməyib
Sputnik

BAKI, 25 iyul — Sputnik. Ermənistanda sıravi əsgər Valodi Qaloyanın ölüm faktı ilə bağlı aparılan istintaq işi çərçivəsində cinayəti törətməkdə şübhəli bilinən gizir saxlanılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qazax istiqamətində atəş açıldı – Əsgərimiz yaralandı

Xatırladaq ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər hərbçi yoldaşını güllələyib.

Belə ki, 2019-cu il iyulun 23-də saat 22:55 radələrində N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan "AK-74" avtomat silahından baş gizirə atəş açıb. Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib.

Daha sonra V.Qaloyan avtomatını götürərək ərazini tərk edib. İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralıda, alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub.