CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi hücumçumuza Rusiyada vacib iş tapşırdılar

Futbol mütəxəssisinin iştirakı ilə olacaq müzakirələr oyundan öncə, fasilədə və oyundan sonra davam edəcək
Sputnik

BAKI, 25 iyul — Sputnik. Azərbaycan millisinin ilk kapitanı və ilk qolunun müəllifi, Rusiya çempionu, "Şöhrət" ordenli, əfsanəvi hücumçu Nazim Süleymanova Moskvadan dəvət gəlib.

“Arsenal”dan “Neftçi”yə şirin cavab: Biz sizi pryanikə qonaq edərik

Sputnik Azərbaycan xəbər verir ki, "Alaniya"nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanov Rusiyanın "Matç TV" kanalının dəvəti ilə Moskvaya yollanıb. Süleymanov "Matç TV"-nin eksperti qismində "Arsenal" – "Neftçi" oyununu şərh edəcək.

Futbol mütəxəssisinin iştirakı ilə olacaq müzakirələr oyundan öncə, fasilədə və oyundan sonra davam edəcək.

Xatırladaq ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Arsenal" – "Neftçi" qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.