BAKI, 25 iyul — Sputnik. İyulun 24-də saat 19:20-də Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda müşahidə və monitorinq aparıb. Məlum olub ki, tüstü axını zavoddakı istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.