Barəsində cinayət işi açıldı, Moskvaya uçmağa qərar verdi

Sabiq prezident ömürlük həbs cəzası ala bilər
Sputnik

BAKI, 24 iyul — Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin korteji Kante şəhərində yerləşən Rusiya aviabazasının ərazisinə daxil olub. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Atambayev oradan Moskvaya uçmağa hazırlaşır.

Azərbaycan-Qırğızıstan münasibətləri müzakirə olunub

Bir müddət öncə Atambayev "bir neçə günlüyünə" Moskvaya uçmağı planlaşdırdığını deyib. Lakin o, Rusiyanın paytaxtına səfərinin məqsədi və orada keçiriləcək görüşlər haqqında məlumat verməyib və bunun "gizli məlumat" olduğunu bildirib. Sonradan sabiq prezident onu aparan təyyarənin Rusiyaya məxsus aviabazadan yerli vaxtla saat 12:30-da havaya qalxacağını bildirib.

İyunun 20-də Qırğızıstan parlamenti sabiq prezidentə qarşı irəli sürülmüş ittihamların siyahısını prokurorluq orqanlarına təqdim edib. Siyahı deputatlardan ibarət xüsusi komissiya tərəfindən yaradılıb. Atambayev paytaxt Bişkekin istilik elektrik mərkəzinin təkmilləşdirilməsi, mütəşəkkil cinayət dəstəsinin başçısı Əziz Batukayevin saxta tibbi arayışla azadlığa buraxılması və digər qanundankənar fəaliyyətdə günahlandırılır. Atambayevin bu cinayətlərdə əli olduğu aşkar olunsa, o, ömürlük həbs oluna bilər.

Sabiq prezident bu ittihamları "absurd" adlandırıb və xalq qarşısında təmiz olduğunu bildirib.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub.