İDMAN

"Qarabağ" turu keçərsə, heç vaxt qarşılaşmadığı klubla üz-üzə gələcək

Qurbanovun yetirmələri indiyədək heç vaxt bu klublarla rəsmi görüşlərdə üz-üzə gəlməyiblər
Sputnik

BAKI, 22 iyul — Sputnik. Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

"Qarabağ"ın taleyini polşalılar həll edəcək

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi "Qarabağ"ın 3-cü raunddakı potensial rəqibləri məlum olub.

2-ci təsnifat mərhələsində İrlandiyanın "Dundalk"ı ilə mübarizə aparacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçdiyi təqdirdə növbəti raundda APOEL (Nikosiya, Kipr) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Qurbanovun yetirmələri indiyədək heç vaxt bu klublarla rəsmi görüşlərdə üz-üzə gəlməyiblər.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.