İDMAN

Baş məşqçi istefa verdi, Balayev beş top buraxdı

Yığmamızın qapıçısı qollardan birini penaltidən buraxıb
Sputnik

BAKI, 22 iyul — Sputnik. Qazaxıstan Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" klubu öz meydanında "Kayrat"la qarşılaşıb.

“Arsenal”dan “Neftçi”yə şirin cavab: Biz sizi pryanikə qonaq edərik
 Səkkiz qolun vurulduğu görüşdə qonaqlar qalib gəliblər – 5:3. Balayev qollardan birini penaltidən buraxıb.

Oyundan bir neçə saat əvvəl "Tobol" klubu baş məşqçisi ilə yollarını ayırıb. Belə ki, Kustanay təmsilçisi rusiyalı baş məşqçi Vladimir Qazzayevi istefaya göndərib. Qazzayevlə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb. Rəsmi açıqlamada bu qərarın klubun strategiyası ilə bağlı olduğu bildirilib. Baş məşqçinin qovulmasına əsas səbəb kimi, "Tobol"un Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburqun "Jeness Eş" klubuna məğlub olaraq, mübarizəni dayandırması göstərilir.

Qeyd edək ki, 19 turdan sonra 39 xalı olan "Tobol" turnir cədvəlinə başçılıq edir. "Astana" isə 38 xalla 2-ci olub.