"NASA" rəhbəri "Ay proqramı"nın ləğvi səbəblərindən danışdı

Onun sözlərinə görə bu risklər olmasaydı, nəinki Aya, hətta Marsa da uçuşlar baş tutacaqdı
Sputnik

BAKI, 18 iyul — Sputnik. "NASA" rəhbəri Cim Braydenstayn ABŞ-ın hansı səbəbdən Aya uçuş proqramını dayandırdığını açıqlayıb.

Həssas insanların bəxti heç yerdə gətirmir: Kosmos da onlara rəhm eləmir

Sputnik Azərbaycan xəbər verir ki, Braydenstayn ABŞ-ın "CBS" telekanalına verdiyi müsahibəsində bunun siyası risklərlə bağlı olduğunu izah edib.

Jurnalistin "siyasi risklər"in nəyi ifadə etdiyi sualına cavab olaraq NASA rəhbəri maliyyələşmənin kifayət qədər olmadığını nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, bu risklər olmasaydı, nəinki Aya, hətta Marsa da uçuşlar baş tutacaqdı.

Braydenstayn bildirib ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəlində NASA Aya və Marsa uçuşlar həyata keçirməyə çalışıb, lakin hər iki proqram uzunmüddətli hazırlıq və böyük xərc tələb edib.

O, əlavə edib ki, bu səbəbdən NATO Marsa 2024-cü ilə planlaşdırılan uçuşu həyata keçirə bilməyəcək.