CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki hadisəsində xəsarət alanların son durumu açıqlandı

Xəsarət alanlardan xəbər var
Sputnik

 

BAKI, 17 iyul — Sputnik. Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.