CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə qəfil basqın cinayətin üstünü açdı

Şəmkir rayonunda ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb
Sputnik

BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında həyətyanı sahəyə baxış keçirilib.

Maşından cəmdək tapdılar, nə olduğunu bilmədilər
 Sputnik Azərbaycan-a AQTA-dan daxil olan məlumata görə, 17 iyul tarixində, gecə saat 02 radələrində Şəmkir rayonu Sabirkənd kəndində məskunlaşan Sadiqov Elşad Vəli oğlunun həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı vətəndaş Elşad Sadiqovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş, çəkisi 210 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.