MƏDƏNİYYƏT

Məşhur filmlərin rəssamı dünyasını dəyişdi - FOTO

Onun quruluş verdiyi bir çox filmlər "Qızıl" fonda daxildir
Sputnik

BAKI, 17 iyul — Sputnik. "Mosfilm" kinostudiyasının quruluşçu rəssamı Stalen Volkov 93 yaşında vəfat edib.

Məşhur filmlərin rəssamı dünyasını dəyişdi - FOTO

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının rəsmi saytında məlumat verilib. Sənətkarla vida mərasimi 18 iyulda baş tutacaq. Stalen Volkov Rusiyanın xalq artisti, Böyük Vətən Müharibəsi iştirakçısı, "Qızıl şahin" və "Nika" kinematoqrafçılar akademiyasının üzvü olub. Məlumat üçün bildirək ki, onun quruluş verdiyi bir çox filmlər "Qızıl" fonda daxildir. Onlardan "İdiot", "Bəyaz gecələr", "Uzaq ulduzun işığı", "Karamazov qardaşları", "Dirilər və ölülər", "Təkrarolunmaz yaz", "İvanovlar ailəsi", "Direktor" və sair filmləri qeyd etmək olar.

Qeyd edək ki, Stalen Volkov ömrünün son illərində Humanitar İnstitutda incəsənət tarixindən dərs deyib.