Bir daşla üç quş və ya Paşinyan kimləri istefaya göndərməyə hazırlaşır

İstefaya göndəriləcək şəxslər işsiz qalmayacaqlar
Sputnik

BAKI, 16 iyul — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan üç qubernatoru istefaya göndərmək niyyətindədir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Past" (Fakt) nəşri öz mənbələrinə istinadən xəbər verir.

Paşinyan Vyetnamdan Putinə zəng etdi, nə baş verir

Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı ölkə regionlarında öz kadr siyasətini dəyişməyə qərara verib. Nəşr istefaya göndəriləcək qubernatorların kimliyini açıqlamasa da, söhbətin cəmiyyət və KİV-də tez-tez adları hallanan şəxslərdən getdiyini vurğulayıb.

Nəşr yazır ki, istefaya göndəriləcək qubernatorlar işsiz qalmayacaq və digər vəzifələrə təyin olunacaqlar.

Xatırladaq ki, ilin əvvəlində KİV-lər Ermənistan Baş Nazirinin Ararat vilayətinin qubernatoru Qarik Sarkisyanın işindən narazı olduğuna dair məlumatlar yayıb. Daha sonra Paşinyan özü bu məlumatı təkzib edib.