SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğludan Avropa İttifaqının sanksiyalarına cavab: "Könül alırlar"

" Aralıq dənizində üç gəmimiz var. Dördüncü gəmini də Aralıq dənizinə ən qısa zamanda göndərəcəyik"
Sputnik

BAKI, 16 iyul — Sputnik. "Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Jirinovskidən Türkiyə ilə bağlı şok bəyanat

"Avropa İttifaqının Türkiyəyə qarşı sanksiya qərarını çox ciddiyə almaq lazım deyil. Başqa bir ziddiyyət isə Avropa İttifaqının banka məsləhət verməsidir. Avropa İttifaqının bizə ehtiyacı var. Qərarları tətbiq etməyin mümkün olmadığını bilirlər. Kipr Respublikasının könlünü almaq üçün verilmiş qərarlardır. Problem Kiprdə türk xalqının ada ətrafında haqlarına zəmanət verilməməsidir. Türkiyəyə qarşı belə qərarlar qəbul edilərsə, biz bu istiqamətdə fəaliyyətimizi daha da artıracağıq. Aralıq dənizində üç gəmimiz var. Dördüncü gəmini də Aralıq dənizinə ən qısa zamanda göndərəcəyik", - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, ötən gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib. 

Türkiyə ABŞ-ın könlünü aldı: "Nəzərdən keçiririk"
Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.

Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.

"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.