CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik batdığı ehtimal olunan şəxsin axtarışı ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi iki gündür ki, axtarılan şəxslə bağlı məlumat yaydı
Sputnik

BAKI, 16 iyul — Sputnik. 2019-cu il  iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan Rəsulzadə İlham Tofiq oğlunun  axtarışı davam etdirilir. 

Göygöldə iki oğlan boğuldu
Sputnik Azərbaycan-ın FHN-in rəsmi saytına istinadən xəbərinə görə, 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışı üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyət cəlb olunub. Eyni zamanda da 3 texnika axtarışlara cəlb olunub.

Nazirlik hadisə ilə bağlı əlavə məlumat verəcək.