SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevan ilk dəfə açıqladı - Vaşinqton bizə təzyiq göstərir

Ermənistan bunun altından çıxa bilməz
Sputnik

BAKI, 16 iyul — Sputnik. Birləşmiş Ştatlar İrana qarşı sanksiyalarla bağlı Ermənistana təzyiq göstərməməlidir. 

Bir daşla üç quş və ya Paşinyan kimləri istefaya göndərməyə hazırlaşır
Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu ABŞ-da "Atlantik Şura"da çıxışı zamanı Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan bildirib.

"Biz istəyirik ki, Birləşmiş Ştatlar İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Ermənistana təzyiq göstərməsin. Ermənistan bunun altından çıxa bilməz", - deyə Mirzoyan qeyd edib.

O, vurğulayıb ki, Birləşmiş Ştatlar və İran arasında mövcud gərginlik Ermənistan iqtisadiyyatına mənfi təsir edir.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 14-dən ABŞ-da səfərdədir.