İDMAN

AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

"Turan Tovuz" futbol klubu 1992-ci il fevral ayının 23-də təsis olunub
Sputnik

BAKI, 15 iyul — Sputnik. Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar AFFA tender elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yayımlanıb.

Tenderdə iştirak etmək istəyənlər "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini müvafiq qaydada dolduraraq təkliflərini AFFA-ya göndərməlidilər.

"Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini 5 avqust 2019-cu il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərmələri rica olunur.

Qeyd edək ki, "Turan Tovuz" futbol klubu 1992-ci il fevral ayının 23-də təsis olunub. Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycanda böyük futbol məktəbi kimi tanınan "Turan Tovuz" klubu bir neçə ildir ki, yüksək liqada çıxış edə bilmir.