BAKI, 13 iyul — Sputnik. Dünən gecədən bu günə qədər güclü külək Bakı şəhərinin müxtəlif ərazilərində 20-yə yaxın ağacın sınması və kökündən qopmasına səbəb olub.
Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, hazırda şəhər icra hakimiyyətinin göstərişi ilə hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçirilib.
"Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşərək aşma ehtimalı olan ağacların götürülməsi işləri həyata keçirilib. Qeydiyyat aparılıb. Bir avtomobilə zərər dəyməsi barədə məlumat var", - deyə O. Məmmədov əlavə edib.