BAKI, 13 iyul — Sputnik. Goranboy rayonunda silahlı insident baş verib. Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Goran qəsəbəsində baş verib.
Qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu, onun qardaşı Lətif Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar.
Qeyd edilib ki, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.
Hadisə zamanı xəsarət alan Əhmədov Təbriz Xalıq oğlu vəfat edib.
Hadisə yerinə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Qarşıdurmanın iştirakçıları saxlanılıblar, xəsarət alan polis əməkdaşı V.Kərimov və yerli sakin L.Əmrahov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.