BAKI, 13 iyul — Sputnik. Əfqanıstanın təhlükəsizlik qüvvələri Kalayi-Nau şəhərində mehmanxanaya basqın edən terrorçuları zərərsizləəşdiriblər.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, xəbəri Tolo News telekanalı yayıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi deyib ki, əsgərlər 3 terrorçunu məhv ediblər, daha iki nəfər isə saxlanılıb. Əməliyyat zamanı ən azı 8 əsgər həlak olub, 7 nəfər yaralanıb.
Bu gün Əfqanıstanın Badgis əyalətində yerləşən otələ yerli vaxtla 12:40-da bir neçə şəxs hücum edib. "Taliban" qruplaşması hücuma görə məsuliyyəti boynuna götürüb.