CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ay yenə gizlənəcək

Tutulmanın maksimum həddi saat 01:31-də qeydə alınacaq
Sputnik

BAKI, 13 iyul — Sputnik. İyulun 17-də ilin ikinci Ay tutulması hadisəsi olacaq.

Günəş tutulacaq: İnsanların "kor olmaq" ehtimalı var

Sputnik Azərbaycan Şamaxı Rəsədxanasının məlumatına istinadla bildirir ki, qismən baş verəcək tutulma saat 00:03-də başlayacaq və saat 02:59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01:31-də qeydə alınacaq.

Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Xatırladaq ki, ilk tutulma yanvarın 21-də qeydə alınmışdı. İlk Ay tutulması səhər saatlarında baş verdiyi üçün Azərbaycanda müşahidə etmək mümkün olmamışdı.