"Huawei"-dən Trampa xəbərdarlıq: Nəticələr istənilən kimi olmaya bilər

Şirkət rəhbəri ABŞ-ın qərarını yersiz adlandırıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. "Huawei"in ABŞ ticarət nazirliyinin qara siyahısına salınması şirkətin bütün dünya üzrə fəaliyyətinə təsir edə, eləcə də bilavasitə olaraq Amerika şirkətlərinə ziyan vura bilər və buna görə də biz sanksiyalar siyahısından çıxarılmağımızı xahiş edirik.

Sputnik Azərbaycan "Phoenix" telekanalına istinadən xəbər verir ki, bu barədə Çin şirkətinin direktorlar şurasının sədri Lian Hua deyib: "ABŞ hökuməti bizim şirkəti qara siyahıya salıb, biz isə təbii ki, buna qarşı çıxırıq. Bu, Amerika müəssisələrinə, o cümlədən "Huawei"lə əməkdaşlıq edən şirkətlərə ziyan vuracaq".

ABŞ yenə Huawei ilə bağlı qərarını dəyişdi

Şirkət rəhbəri, həmçinin ABŞ-ın qərarını yersiz adlandırıb və deyib ki, "Huawei"in üzərinə qoyulmuş qadağa tamamilə ləğv olunmalıdır.

ABŞ ticarət nazirliyi mayın ortasında "Huawei"i qara siyahıya salaraq onun amerikalı istehsalçılardan komponent və texnologiya almasına qadağa qoyub. Tramp administrasiyası şirkəti Çin hərbçiləri və kəşfiyyatçıları ilə əməkdaşlıqda və müştəriləri izləməkdə günahlandırıb.

Bir müddət öncə isə ABŞ Prezidenti Donald Tramp "Huawei"ə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini bildirib.