İDMAN

Azərbaycan hələlik yerində sayır - UEFA-dan rəsmi açıqlama

Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. Avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avroliqanın birinci mərhələsində ötən gün səfərdə Moldovanın "Sperantsa"sına qalib gələn (3:0) "Neftçi" ölkəmizə 0.250 xal qazandırıb. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" isə aktivimizə 0.125 xal əlavə edib.

Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Bununla da ölkəmiz reytinq cədvəlində mövqeyini qoruya bilib, əvvəlki kimi 26-cı pillədə qalıb.

Qeyd edək ki. bu mövsüm ölkəmiz 4 klubla Avrokuboklarda iştirak edir.