HADİSƏ

“Zolaqlı qatil” can aldı – Qarpızdan ölən var

Biləsuvar sakini olan qadın yediyi qarpızdan zəhərlənib
Sputnik

BAKI, 11 iyul — Sputnik. Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.