MƏDƏNİYYƏT

Sevda Ələkbərzadə video paylaşdı – Dahi Maqomayevin ifama reaksiyası

Maqomayev “Bakıdan mənim doğum günümə musiqi hədiyyəsi ilə gəlmiş Sevda Ələkbərzadəni çox bəyəndim” deyib
Sputnik

BAKI, 10 iyul — Sputnik. Azərbaycanın caz, xalq musiqisi və muğam janrlarının mahir ifaçısı Sevda Ələkbərzadə öz Instagram hesabında maraqlı paylaşım edib.

Dostları Müslüm Maqomayevi yad etdilər

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın mərhum sənətkarı Müslüm Maqomayevin doğum günündəki çıxışının videosunu yayımlayaraq "Bundan böyük qiymət mənim üçün ola bilməz. Dahi Müslüm Maqomayevin mənim ifama reaksiyası... Baxdıqca gözlərim yaşarır. Məni ilk dəfə Müslüm bəy məhz öz ad günündə dinləmişdi və ondan sonra bir çox müsahibələrində mənim sənətimi yüksək dəyərləndirdiyini demişdi" qeyd edən Sevda Ələkbərzadə Müslüm Maqomayevin onun haqqında söylədiyi fikirləri də əlavə edib: "Bakıdan xüsusi ilə mənim doğum günümə musiqi hədiyyəsi ilə gəlmiş Sevda Ələkbərzadəni çox bəyəndim. O, çox möhtəşəm oxudu. Tamara xanım da onu bəyəndi. Klassik sopranoda yüksək səs tembrindən istifadə bizim üçün qeyri-adi oldu. Əvvəllər mən xalq musiqisində bu cür "fokus" eşitməmişəm. Daha sonra Ələkbərzadənin yaradıcılığı ilə yaxından tanış olmaq üçün onun saytını tapdım. Onun saytında "Əlvida" mahnısını dinlədim. Bu çox gözəl caz musiqisidir. Onun özünün ayrıca musiqi anlayışı var. O, həm xalq, sadə estrada mahnıları və caz oxuya bilər. Musiqinin sintezi onda çox yaxşı alınır. Yeri gəlmişkən, onun saytı da böyük zövqlə yığılıb".

Sevda Ələkbərzadə "Allah rəhmət eləsin, qəbrin nurla dolsun ölməz sənətkar" yazaraq fikirlərini bitirib.