SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Serj Sarqsyan dindiriləcək – Aprel döyüşlərinə görə

Ermənistanda dindiriləcək şəxslərin xüsusi siyahısı hazırlanıb
Sputnik

BAKI, 10 iyul — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verənlər barədə məlumat verməsi üçün parlamentə dəvət olunacaq. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın "Johovurd" (Xalq) nəşri məlumat yayıb.

Ermənistanın yeni qorxusu: Fransa – Azərbaycan əməkdaşlığına qarşı çıxdı

Nəşr yazır ki, ötən gün Ermənistan parlamentində Qarabağda dördgünlük müharibə zamanı vəziyyətin öyrənilməsi üzrə İstintaq Komissiyasının iclası keçirilib.

Nəşrin məlumatına görə, iclas dinləmə cihazlarının olmadığı xüsusi otaqda keçirilir. İnformasiya sızıntısının qarşısının alınması üçün iclasdan əvvəl iştirakçıların telefonları yığılır. Lakin qəzet qapalı rejimdə baş tutan iclasın bəzi detallarını öyrənə bilib.

Məlum olub ki, komissiya yaxın vaxtlarda parlamentə gəlməli olan şəxslərin siyahısını artıq Ermənistanın Müdafiə Nazirliyinə göndərib. Bu siyahıya, həmçinin Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın da adı daxil edilib.

Yeri gəlmişkən, məlum olub ki, bu cür iclasa qondarma "Dağlıq Qarabağ Respublikası"nın da nümayəndələri dəvət olunacaqlar.