Ərdoğanın mətbuat katibi: "S-400"-dən sonra "S-500"-ləri almağı düşünürük

Aybet "G-20" çərçivəsində bir çox ikitərəfli görüşlərin keçirildiyini xatırladaraq ən çox diqqət çəkən görüşün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən görüşün olduğunu bildirib
Sputnik

BAKI, 10 iyul — Sputnik. Rusiya istehsalı olan "S-400"-lərdən sonra "S-500"-ləri almağı da düşünürük. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi professor, doktor Gülnur Aybet Demirören Haber Agentliyinə (DHA) Türkiyə prezidentinin "G-20" sammiti və Yaponiya və Çinə səfərlərini şərh edərkən edərkən bildirib.

Hindistan da ABŞ-a qarşı: Gələn il "S-400" komplekslərini ala bilər

"S-400"-ləri alırıq, çünki hazırda bizə ən sərfəli təklif "S-400"-lərlə bağlıdır. Biz bunu qəbul etdik. Lakin bizim raket və hava hücumundan müdafiə sisteminə ehtiyacımız burada bitirmi? Xeyr. Çünki biz əslində özümüzün raket və hava hücumundan müdafiə sistemimizi qurmaq istəyirik. Bunun üçün də hələ də başqa alternativlərə baxırıq. Bu arada "S-500"-ləri də düşünürük. ABŞ-ın "Patriot" təkliflərinə açığıq. Yəni bu iş burada bitmiş deyil. Biz texnologiyanın paylaşımı və ortaq istehsal məsələsində qərarlıyıq".

Aybet "G-20" çərçivəsində bir çox ikitərəfli görüşlərin keçirildiyini xatırladaraq ən çox diqqət çəkən görüşün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən görüşün olduğunu bildirib: "Prezident Tramp bizim "S-400" məsələsində haqlı olduğumuzu bildirdi. Bu görüş həm ikitərəfli, həm də "S-400" məsələsində çox pozitiv bir ortam yaratdı. Bu görüşdən öncə mən amerikalı rəsmilərlə danışdığımda "S-400"-ü almayın, gətirməyin" kimi kəlmələr, fikirlər səsləndirirdilər. İndi isə "bəli, biz anlayırıq ki, fikrinizdən geri dönməyəcəksiniz və bu raketləri alacaqsınız. Bundan sonra münasibətlərimizdə nə edə bilərik?" deyə bildirirlər".