BAKI, 9 iyul — Sputnik. Güclü yağışlar ABŞ-ın paytaxtı Vaşinqton və ətraf əraziləridə selə səbəb olub.
Sputnik Azərbaycan bildirir ki, məlumatı ABC telekanalı verib.
Bildirilir ki, 1 saat ərzində yağıntıların miqdarı 3 düymü (7.6 sm) keçib. Hava şəraiti dəmiryolunun və metronun işinə ciddi təsir edib. Bundan başqa, Ağ evin - ABŞ prezidentinin iqamətgahının zirzəmisinin bir hissəsini su basıb.
Yaxın günlərdə yağış və dolu yağmaqda davam edəcək. Çikaqo və Sent-Luis pis hava şəraitinin episentrində olacaq. Bildirilir ki, yağıntılar infrastruktura böyük miqyasda ziyan vura bilər.