Rusiya Gürcüstana embarqo tətbiq etməyə hazırlaşır

Qərar sabah veriləcək
Sputnik

BAKI, 8 iyul — Sputnik. Rusiya Dövlət Dumasının Şurası Rusiyaya Gürcüstandan şərab və su idxalının dayandırılması, həmçinin bu ölkəyə pul köçürülməsinin qadağan edilməsi məsələsini qaldıracaq.

Avropadan Türkiyə ilə Rusiyaya zərbə

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Dövlət Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Sergey Neverov bildirib.

Onun sözlərinə görə, məsələ sabah plenar sessiyada qaldırılacaq və deputatlar onu birgə müzakirə edəcəklər.

"Mən əminəm ki, bu tədbirlərin hamısı Dövlət Dumasında olan bütün siyasi fraksiyaların nümayəndələri tərəfindən dəstəklənəcək".