SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Donald Tusk Azərbaycana gəlib

Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək
Sputnik

BAKI, 8 iyul — Sputnik. Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq dəniz Limanını ziyarət edəcək.

Aİ sammitində 8 saatlıq fasilə: Tuskun paketini bəyənmədilər

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin "Şərq tərəfdaşlığı" proqramının gələcəyi müzakirə olunacaq.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

İyulun 11-də Avropa Şurasının prezidenti "Şərq tərəfdaşlığı"nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.