CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan klublarının Avrokubok mübarizəsi barədə yeni xəbər

"Neftçi"nin səfər qarşılaşmasının yayımı sual altındadır
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Azərbaycan klublarının Avrokuboklardakı ilk oyunları canlı yayımlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "CBC Sport" kanalının rəsmi facebook səhifəsində paylaşım edilib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" oyunu iyulun 10-u saat 19:30-da start götürəcək. Cavab görüşü isə 1 həftə sonra paytaxtımızda olacaq.

Azərbaycanın digər klubu "Səbail" isə Avrokuboklarda debüt edəcək. Paytaxt klubu Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşacaq.

"Səbail" - "Universitatya Krayova" matçı iyulun 11-i saat 20:00-da "CBC Sport" kanalı vasitəsi ilə canlı izləyə bilərsiniz.

Həmin gün saat 21:00-da digər təmsilçimiz Bakının "Neftçi" komandası səfərdə Moldovanın "Speranta Nisporeni" klubu ilə qarşılaşacaq. Bu oyunun yayımlanması isə sual altındadır. Belə ki, Moldova tərəfi oyunun yayımlanması üçün böyük məbləğdə pul tələb edir.