Antalyada bayramı burulğan sovurdu: yaralılar var

Yaylaq festivalını burulğan savaş meydanına çevirdi
Sputnik

BAKI, 7 iyul — Sputnik. Antalyanın Alanya mahalındakı Gümüşkavak Kızılova yaylağında keçirilən festivalda burulğan qopub.

Bakıda bayram var: Əcnəbi turistlər gördüklərinə heyran qaldılar

Sputnik AzərbaycanHabertürk-ə istinadən bildirir ki, çadırlar altında qalan 6 şəxs yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların beşi qadındır.

Bildirilir ki, bu, Gümüşkavak Yardımlaşma və Həmrəylik Dərnəyinin 1660 m yüksəklikdəki Kızılova meydanında təşkil etdiyi sayca beşinci yaylaq festivalıdır.

Burulğan qısa sürsə də, bayram çadırlarının hamısını dağıtmağa müvəffəq olub.