RUSİYA

Rusiyada benzin maşını partladı, turistləri öldürdü

Sürücünün sərxoş olduğu müəyyən edilib. Hadisə ilə bağlı cinayət işi açılıb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Rusiyanın Sverdlovsk vilayətində 3 nəfərin ölümüylə nəticələnən dəhşətli qəza olub.

SOCAR-a məxsus limanda partlayış oldu, ölən və yaralılar var

Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, RF DİN Baş İdarəsinin region üzrə mətbuat katibi Valeri Qumilyovun sözlərinə görə, hadisə yerli vaxtla 00:15-də, Karpinsk-Kıtlım yolunun 44-cü km-də baş verib.

54 ton benzin daşıyan maşın yoldan çıxaraq alışıb, sonra isə partlayıb. Sisternin üzərində isə sürücünün yolüstü götürdüyü turist qrupu əyləşibmiş. İlkin məlumata görə, 3 nəfər həlak olub, 6 nəfər xəstəxanaya çatdırılıb.

"Sürücünün sərxoş olduğu müəyyən edilib. Hadisə ilə bağlı cinayət işi açılıb", - məlumatda deyilir.

Hazırda sürücü saxlanılıb, işə prokurorluq nəzarət edir.