Qatil bazar səhərini qana boyadı: 12 ölü

Terror aktına görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb
Sputnik

BAKI, 7 iyul — Sputnik. Əfqanıstanın Qəzni şəhərində terrorçunun partlayıcı ilə dolu yük maşınını partlatması nəticəsində ən azı 12 nəfər həlak olub.

Əfqanıstanda məscid partladıldı: xeyli yaralı var

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, xəbəri "Pajvak" agentliyi yayıb. Məlumata görə, hadisə zamanı 43 nəfər yaralanıb. 

Ölənlərdən 8-nin polis, 4-nün mülki vətəndaş olduğu bildirilir.

Tolo News telekanalının məlumatına görə, bazar səhəri Milli Təhlükəsizlik İdarəsinə hücum olub. Terrorçu yük maşınını partladıb.

"Taliban" qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.