İQTİSADİYYAT

"Azərbaycan Avropa üçün etibarlı qaz tədarükçüsüdür" – səfir

Biz bu gün TANAP və Cənub Qaz Dəhlizi layihələri barədə danışırıq
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. "Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Avropanın qaza olan ehtiyacının təminatında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu baxımdan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

S-400-lər 10 günə Türkiyədə olacaq - Ərdoğan

Dilpomatın sözlərinə görə, əgər soyuq müharibə dövründə hərbi sahədə təhlükəsizlik barədə danışılırdısa, bu gün söhbət artıq kiber və enerji təhlükəsizliyi də daxil olmaqla müxtəlif sahələrdən gedir: "Enerji təhlükəsizliyi məsələsində yüksək effektivliyin təmin olunması, islahatlar və bu sahənin şaxələndirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu kontekstdə göstərici kimi Türkiyə ərazisindən keçən boru kəmərləri şəbəkələrini də göstərmək olar".

Özoral eyni zamanda Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirərək qeyd edib ki, energetika sahəsi Türkiyənin Avropa İttifaqı (Aİ) münasibətlərində xüsusi yerə malikdir: "Əgər 10 il əvvəl biz Azərbaycanın neft tədarükü barədə danışırdıqsa və "NABUCO" kimi layihələr var idisə, bu gün artıq onlar unudulub. Bunun əvəzinə biz bu gün TANAP və Cənub Qaz Dəhlizi layihələri barədə danışırıq".