BAKI, 5 iyul — Sputnik. Türkiyənin Reyhanlı şəhərində (Hatay əyaləti) baş vermiş avtomobil partlayışı nəticəsində ən azı üç nəfər həyatını itirib.
Sputnik AzərbaycanAnadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan partlayışın terrorizmlə əlaqəli olması ehtimalını səsləndirib.
"Maşında bombanın olduğu bəllidir. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, onun partlaması nəticəsində üç nəfər ölüb", - Ərdoğan deyib.
Həlak olan şəxslərin partlayış zamanı avtomobildə olduğu bildirilir.
Hadisə yerinə polis və təcili yardım maşınları göndərilib.