Çoban bolluğuna düşdü – Süd ilə dolu çəndə boğuldu

Kişi süd götürərkən dərinliyi iki metr olan çənin içinə düşüb
Sputnik

BAKI, 5 iyul — Sputnik. Rusiyanın Tatarıstan Respublikasında soyuq süd ilə dolu çəndə kişi meyiti tapılıb.

Malidə 110 çoban öldürülüb

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, həlak olmuş şəxs çoban olub və müstəntiqlər hadisə ilə bağlı yoxlamaya başlayıblar.

RF İstintaq Komitəsinin verdiyi məlumata görə, iyulun 1-i səhər saatlarında Ulyankovo kəndində yerləşən kənd təsərrüfatı şirkətinin süd saxlama və soyutma rezervuarında 51 yaşlı kişinin meyiti tapılıb. Meyitin üzərində boğulma əlamətləri olub.

İlkin məlumatlara görə, kənd təsərrüfatı şirkətinin qarovulçusu kişidən onu əvəz etməyi xahiş edərək çıxıb gedib, çoban isə çəndən süd içmək istəyib.

Qeyd olunur ki, kişi süd götürərkən dərinliyi iki metr olan çənin içinə düşüb. Çəndə südün temperaturu 2 dərəcə olub.